Əli Əsədov İraq prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Məlumatda bildirilib ki, görüşdə COP29-un iqlim dəyişiklikləri ilə mübarizənin gücləndirilməsi baxımından qlobal əhəmiyyəti vurğulanıb. Eləcə də, Azərbaycan-İraq əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Related posts

İlham Əliyev Zirvə Toplantısının iştirakçılarına müraciət etdi

To Lamın Azərbaycana səfəri başa çatıb

Heydər Əliyev Mükafatı indiyədək kimlərə verilib? – SİYAHI