Bir şəklin tarixçəsi: Əflatun Amaşov 8 il öncə Pezeşkianla nə DANIŞMIŞDI…

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), default quality

Bu ilin iyulunda İranda islahatçıların namizədi olaraq prezident seçilən etnik azərbaycanlı Məsud Pezeşkianın COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyi gözlənilirdi. Lakin son anda Bakıya Pezeşkian deyil, vitse-prezident gəlməli oldu.

Məsud Pezeşkianın Bakıya gəlişi maraq doğururdu… Məsələn, özünü Azərbaycan türkü adlandıran İran prezidenti Bakıda azərbaycanlı jurnalistlərlə təmasda olardısa, suallara hansı dildə cavab verəcəkdi?..

2001-2005-ci illərdə İranın səhiyyə naziri, 2016-2020-ci illərdə isə parlamentin vitse-spikeri olan Pezeşkian hələ o dövrdə Bakıdan gedən qonaqlarla görüş fürsəti əldə etmişdi.

Belə görüşlərdən birini Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim olunan bu foto əks etdirir.
Zaman 2016-cı ilin noyabr ayı… Məkan Tehran şəhəri…

İranda səfərdə olan Azərbaycan Milli Məclisnin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov İran parlamenti sədrinin I müavini, azərbaycanlı deputatların yaratdıqları türkdilli millət vəkilləri fraksiyasının sədri Məsud Pezeşkianla görüşür.

Əflatun Amaşovun bildirdiyinə görə, bir saata yaxın səmimi atmosferdə keçən o görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Ə.Amaşov Şərqdə yaradılmış ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümuriyyəti parlamentinin fəaliyyətini əks etdirən 2 cildlik kitabı (Şirməmməd Hüseynov hazırlayıb) Pezeşkiana hədiyyə edib.

Əflatun Amaşovla Məsud Pezeşkianın söhbəti Azərbaycan türkcəsində olub.

Related posts

Pezeşkianın Bakıya səfəri təxirə düşdü

İsrail İrandakı Azərbaycan şəhərlərini də vurdumu? Tehranda yaşayan 7 milyon soydaşımız təhlükədədir…