Lənkəranda 60 yaşlı kişi özünü GÜLLƏLƏDİ

Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Lənkəranın Zövlə kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin güllə yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Yaxınlarının deməsinə görə, Q.Tarverdiyev Bakı şəhərində yaşayır və dünən anasının il məclisinə gəlib.

Faktla bağlı araşdırma gedir.

Related posts

Salman Rüşdinin gözünü çıxarana cəza verildi

Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi şikayət edib

İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı