ŞOK! Bayden gedər ayaq Zelinskiyə icazə verdi: koreyalı əsgərlər Kurskda ATACMS-la vurulacaq

ABŞ Prezidenti Cozef Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisindəki hədəflərə qarşı ATACMS taktiki ballistik raketlərindən istifadə etməyə icazə verib. Bu barədə “The New York Times” qəzeti yazıb. Həmin məlumata görə, bu qərar Vaşinqtonda hakimiyyət dəyişikliyinə iki ay qalmış qəbul edilib və ABŞ-ın siyasətində ciddi dəyişiklik hesab olunur.

MGM-140 ATACMS — Википедия

Məqalədə qeyd olunur ki, Baydenin müşavirləri arasında bu addımla bağlı fikir ayrılığı mövcuddur. Raketlərin Rusiya və Şimali Koreya hərbi qüvvələrinə qarşı, xüsusilə Ukraynanın Kursk vilayətindəki Silahlı Qüvvələrin müdafiəsi məqsədilə istifadə olunacağı ehtimal edilir.

Bu qərar, ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyin miqyasını genişləndirərək, Ukrayna ordusunun müdafiə qabiliyyətini artırmağa yönəlib. Lakin bu addımın regiondakı gərginliyi yeni boyuta daşıyacağı gözlənilir.

Related posts

Tramp: Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək

TƏCİLİ: Rusiyadan Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ – Ölənlər və yaralananlar var – VİDEO

Hindistan bizi İsrail silahları ilə vurdu – Şahbaz Şərif