418
İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb və vulkanın kül sütunu 3 km-ə qədər yüksəlib.
Bu haqda Antara agentliyi məlumat yayıb.
İndoneziya Fövqəladə Hallar Xidməti zirvəsi dəniz səviyyəsindən 1335 metr yüksəklikdə olan vulkanda silsilə təkanlar qeydə alıb.
Xidmət yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda yerləşən ərazilərə tərəf hərəkət etməyə, açıq havada olarkən maskadan istifadə etməyə çağırıb.
Xatırladaq ki, İndoneziyada 130-a yaxın aktiv vulkan var.