Elton Con görmə qabiliyyətini itirdi

Qremmi mükafatlı britaniyalı müğənni və bəstəkar Elton Con görmə qabiliyyətini itirib.

77 yaşlı sənətçi yoluxduğu son aylarda ağır göz infeksiyası keçirərək bir gözünün görmə qabiliyyətini itirdiyini deyib. Müğənni mahnılarının sözlərini görə bilmədiyini deyib.

“Yay boyunca təəəssüf ki, bir gözümdə məhdud görməyimə səbəb olan infeksiya ilə mübarizə aparıram. Sağalıram, amma bu son dərəcə yavaş prosesdir və zərər görən gözün görməyinin bərpa olunması vaxt aparacaq” – o bildirib.

Qeyd edək ki, ötən il villasında sürüşərək yıxılan Elton Con bir müddət xəstəxanada müalicə olunub. Britaniyalı müğənni bir gözündə görmə qabiliyyətini itirdiyini açıqlayıb.

Related posts

Ərdoğandan İsrail-İran müharibəsinə sərt REAKSİYA

Arıqlamaq üçün bitki çayları içən qız şoka düşdü, əməliyyata götürüldü – FOTO

Macarıstan o cəriməni ləğv etdirmək istəyir