271
Azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.
Bələdiyyə seçkiləri 118 saylı Ağdam – Xocalı, 120 saylı Cəbrayıl – Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa – Ağdam – Xocavənd, 125 saylı Zəngilan – Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.
Xatırladaq ki, bələdiyyə seçkiləri yanvarın 29-a təyin olunub.