Bakıda daha bir söküntü başladı: Kvadratı 2200-dən – Sakinlər narazıdır – FOTO

 

Bakının Yasamal rayonu Abdulla Şaiq küçəsində söküntü işləri aparılır.

Artıq ərazidə yerləşən həyət evlərinin bir çoxu sökülüb. Onların yerində hündür mərtəbəli binanın tikilməsi nəzərdə tutulur.

Sakinlərin sözlərinə görə, sökülən evlərin hər kvadrat metri üçün 2200-2500 manat təklif olunub. Razılıq əldə olunan sakinlərin evləri artıq sökülüb.

Bəzi sakinlər isə bu təklifdən narazı qaldıqlarına görə imtina ediblər. Hazırda şirkət və sakinlər arasında danışıqlar aparılır.

Narazı sakinlər aparılan söküntünün onların evlərinə də zərər vurduğundan da şikayətçidirlər.

Related posts

1700 metr hündürlükdə yerləşən HAVA LİMANI

Kenquru Müsabiqəsinin finalı – Nəticələr bu tarixdə açıqlanacaq

Sabah MİDA yaşayış kompleksinin qazı KƏSİLƏCƏK