Husilər ABŞ-nin esminesini və üç təchizat gəmisini vurduqlarını açıqlayıb

Yəmənin husilər hərəkatı Ərəb dənizində ABŞ-nin esminesinə və üç təchizat gəmisinə ən azı 16 raket və pilotsuz təyyarə ilə hücum edib.

Bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalına məlumat verib.

Sarianın sözlərinə görə, “Stena Impeccable” tankeri, “Maersk Saratoga” konteyner gəmisi və “Liberty Grace” yük gəmisi hücuma məruz qalıb.

O əlavə edib ki, husilər Qəzza zolağına qarşı hərəkətlər dayandırılana qədər ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarını davam etdirəcəklər.

Related posts

Rusiyada son 14 ilin ən böyük hərbi səfərbərliyi

Taliban rejimində qızların təhsili ilə bağlı fikir ayrılığı dərinləşir

“Tesla” əsas mütəxəssisini İTİRDİ