Papuaşvili parlament binasına dəyən zərərdən danışdı

“Dünən Gürcüstan parlamentinin qarşısına hücum edən etirazçılar binanın pəncərələrini sındıraraq 48 otağa ziyan vurublar”.

Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.

“Mətbuatın yaratdığı mənzərə sayəsində çoxları yəqin ki, onların parlamentə girə bilmədiklərini, yalnız boya ilə yazılar çəkdiklərini düşünürlər. Gün ərzində aparılan yoxlamadan sonra deyə bilərəm ki, bir gün öncəki hücum nəticəsində 48 iş otağına ziyan dəyib.

“Çiçinadze” küçəsi və “Rustaveli” prospekti tərəfdən demək olar ki, bütün pəncərələr zədələnib. Müxtəlif ofis avadanlıqları ziyan görüb. Parlamentin taxta qapısı yanıb, mərkəzi istilik və soyutma qurğuları dağıdılıb, anbar otaqları, tədris mərkəzinin kompüter laboratoriyası, parlamentin yeməkxanası, pəncərələri sıradan çıxıb” – , Papuaşvili bildirib.

Related posts

Numan Kurtulmuş yenidən TBMM sədri seçildi

Suriya tarixində 60 ildən sonra ilk

Türkiyədə güclü zəlzələ – 14 yaşlı qız ölüb