Ana səhifə XəbərlərCəmiyyət Tələbələrin bufetlə bağlı şikayətinə rəsmi REAKSİYA

Tələbələrin bufetlə bağlı şikayətinə rəsmi REAKSİYA

admin

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrindən bufetlə bağlı şikayət paylaşılıb.

Tələbələr qeyd ediblər ki, universitetin əsas korpusundakı bufetdə tələbələrə: “əgər yeməyi evdən gətirib, bizə xeyir verməyəcəksinizsə, oturmayın”,- deyiblər.

Məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı sözügedən universitetlə əlaqə saxlayıb.

Azərbaycan Tibb Universitetinin (ATU) İcitmaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova qeyd edib ki, heç bir tələbə tərəfindən yeməkxanaya və ya prorektorluğa belə bir məsələ ilə bağlı şikayət daxil olmayıb:

“Lakin sosial şəbəkədə yayılan məsələyə əsasən bu gün universitet rəhbərliyi və bu işlə məşğul olan prorektorluq tərəfindən ciddi tapşırıq verilib ki, tələbələrin istəyinə uyğun olaraq hər şey tənzimlənsin”,- deyə bildirib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00