Fransada 200 min məmur işi dayandırdı – Video

Fransada gələn il dövlət qurumlarında edilməsi planlaşdırılan qənaətə qarşı çıxan ictimai işçilər tətilə çıxıb.

Bu məqsədlə ölkə daxilində təşkil edilən nümayişlərə 200 min adam qatılıb.

Paytaxt Paris başda olmaqla ölkə daxilində küçələrə çıxan ictimai işçilər iş şəraitinin yaxşılaşdırılması tələb ediblər. Parisdə İqtisadiyyat Nazirliyinin Bersi binası yaxınlığında başlayan nümayiş İtaliya meydanında başa çatıb.

Nümayişçilər hökumətdən dövlət işçilərinə hörmət etməyi tələb ediblər.

Ölkənin ən böyük həmkarlar ittifaqı olan Baş Həmkarlar İttifaqının (CGT) baş katibi Sofi Binet nümayişdə jurnalistlərə bildirib ki, ölkədə dövlət və özəl sektorlar da daxil olmaqla, yüz minlərlə ixtisar olacaq. O, Prezident Emmanuel Makronu həmkarlar ittifaqı üzvlərinin və işçilərin səsini eşitməyə çağırıb.

“Ölkəmiz bizi narahat edən siyasi böhran içindədir”,- deyə Binet söyləyib.

Related posts

Bu gün Romada İran-ABŞ görüşü olacaq

Bu Avropa şəhərinə giriş sabahdan pullu olacaq

Trampdan şok addım: İsrailin İrana zərbəsinə imkan vermədi