Ana səhifə XəbərlərDünya Milyarderlər siyahısında olan “əfsanəvi” narkobaron 25 ildən sonra azadlığa çıxıb

Milyarderlər siyahısında olan “əfsanəvi” narkobaron 25 ildən sonra azadlığa çıxıb

admin

Kolumbiyanın “əfsanəvi” narkobaronlarından biri və bədnam Medellin kokain kartelinin əsas operatorlarından biri olan Fabio Ochoa Vasquez ABŞ-dakı federal həbsxanada 25 il cəza çəkdikdən sonra azad edilib və onun vətəninə deportasiya olunacağı gözlənilir.

ABŞ Həbsxanalar Bürosunun məlumatına görə, Fabio Ochoa Vasquez 30 illik həbs cəzasının 25 ilini çəkdikdən sonra çərşənbə axşamı azad edilib.

67 yaşlı Oçoa və onun böyük qardaşları 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində  ABŞ-a böyük həcmdə kokoin satması nəticəsində külli miqdarda  sərvət toplaması nəticəsində  1987-ci ildə “Forbes”in milyarderlər siyahısına  düşüblər.
Mayamidə yaşayarkən Ochoa bir vaxtlar Pablo Eskobarın rəhbərlik etdiyi kokain kartelinin paylama mərkəzini idarə edib.
Oçoa 1990-cı ildə Kolumbiyada narkotik baronlarının ABŞ-a ekstradisiya edilmədiyi hökumət proqramının bir hissəsi olaraq həbs edilib.

Lakin Ochoa  2001-ci ildə qaçaqmalçılıq itithamı ilə yenidən həbs olunub. Məhkəmə onun barəsində 30 il həbs cəzası qərarı çıxarıb. Narkobaron 30 il müddətinə azadlıqdan məhrum edilsə də, prokurorluq onun narkotikadan əldə etdiyi qazancları müsadirə edə bilməyiblər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00