“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş Ağdaşda olacaq

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyasının dosenti Əməkdar artist Elnur Əhmədovla görüş keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kamança ifaçısı ilə görüş dekabrın 11-də Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində olacaq.

Görüşdə kamança aləti və onun ifaçılıq ənənələri, peşəkar musiqi mədəniyyətinin inkişafında kamançanın rolu, pedaqoji fəaliyyət, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması istiqamətində söhbət aparılacaq.

Related posts

Ana dilimizə qarşı olan ilk xalq yazıçımız – Şirvan oğlunun himayədarları

Bu gün Dünya İncəsənət Günüdür

Deputatın “Cahangiri qaytarın” çağırışına tanınmışlardan – reaksiya