Sənubər Nəzərova ADY-dən AYRILDI

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova yeni karyera mərhələsinə başlamaq üçün dekabrın 6-dan etibarən vəzifəsindən ayrılıb.

Bu barədə ADY-dən bildirilib.

“ADY-də çalışdığı iki il ərzində Sənubər Nəzərova şirkətimizin tərəfdaşlar qarşısında yüksək səviyyədə təmsil olunmasında, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasında böyük xidmətlər göstərib”, – deyə QSC-nin məlumatında qeyd olunub.

Bildirilib ki, bundan sonra ADY-nin fəaliyyəti ilə bağlı sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev cavablandıracaq.

Related posts

Diqqət! Satışdakı bu qidalar təhlükə saçır – Alıcılara XƏBƏRDARLIQ

Tələbələri sevindirəcək TƏKLİF: Ləğv edilsin!

AZAL-ın Tbilisi-Bakı aviareysi gecikir – SƏBƏB