Türkiyənin 60-dan çox deputatı Azərbaycana GƏLİR

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.

Bu barədə “Report”a TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.

Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.

Related posts

Ermənistan sərhədə ordu yığır – İrəvan müharibə hazırlığı içində

Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!

Zərifə Əliyevanın anım GÜNÜDÜR