Ana səhifə XəbərlərCəmiyyət Yunus Oğuzdan Qarabağ Universitetinə dəyərli hədiyyə- ÖZƏL

Yunus Oğuzdan Qarabağ Universitetinə dəyərli hədiyyə- ÖZƏL

admin

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Xankəndində  Qarabağ Universitetinin qonağı olub.

Universitet və  orada təhsil alan  tələbələr, təhsil ocağının kitabxanası  ilə tanış olan Yunus Oğuz   elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva ilə görüşüb. Görüş zamanı universitetin tədris proqramları və ixtisasları haqqında qonağa geniş məlumat verilib.

Yazıçı özünün müxtəlif  illər ərzində qələmə aldığı və ayrı-ayrı  vaxtlarda çap olunan 100-dən çox kitabını Qarabağ Universitetinə hədiyyə edib.   Yunus Oğuz həmçinin  Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın və AYB sədr müavini Rəşad Məcidin kitablarını da  universitetə təqdim  edib. Bu addım həm tələbələrin ədəbiyyatla daha yaxından tanış olmasına, həm də Qarabağ Universitetinin kitabxanasının zənginləşməsinə böyük töhfədir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00