Hikmət Hacıyev İsrailin XİN başçısı ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə edib.

Bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.

Related posts

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Bu gün Romada İran-ABŞ görüşü olacaq

Pezeşkian Putini İrana dəvət etdi