İranlı deputatdan Türkiyəyə hədsiz sözlər

“Türkiyə və ABŞ-ın Suriyadakı silahlı qruplarla oynaması gələcəkdə onlara baha başa gələcək”.

Bu fikri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rezai səsləndirib.

“Ankaranın terrorçularla (Suriyada Əsəd rejiminə qarşı savaşan qruplar İranda belə adlandırılır – red.) əlaqəsi böyük səhvdir və bu, gələcəkdə Türkiyəyə baha başa gələcək. Təcrübə göstərir ki, terrorçulardan siyasi məqsədlər üçün istifadə edildikdə bunun xeyirdən çox zərəri olur. Belə ki, ABŞ və sionistlər (İsrail nəzərdə tutulur – red.) onlarla eyni məqsədləri paylaşanı öz tərəfdaşları hesab edirlər”, – deyə o qeyd edib.

Related posts

İrandan Azərbaycana HÜCUM BAŞLADI: ŞOK SÖZLƏR – son dəqiqə MESAJI

Pezeşkian Əsədovu Azərbaycan dilində qarşıladı: “Allah salamat eləsin” – VİDEO

Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb