Putin 92 hərbçiyə GENERAL rütbəsi verdi

Rusiya prezidenti Vladimir Putin 92 hərbi qulluqçuya və xüsusi xidmət orqanlarının əməkdaşına general və admiral rütbələri verib.

Sənəd Rusiyanın hüquqi informasiya portalında dərc olunub.

Putin müdafiə nazirinin müavinləri Viktor Qoremikin və Yunus-Bek Yevkurova ordu generalı rütbəsi verib.

Həmçinin müdafiə nazirinin müavini Andrey Buliqa, Cənub qoşunlar qrupunun komandanı səlahiyyətlərini icra edən Aleksandr Sançik və Aerokosmik Qüvvələrin baş komandanının müavini Andrey Semenova general-polkovnik rütbəsi verilib.

Axmat xüsusi təyinatlılarının komandiri Aptı Alaudinova general-leytenant rütbəsi verilib. Rusiya Federasiyası müdafiə nazirinin digər müavini Pavel Fradkov isə general-mayor rütbəsinə layiq görülüb.

Related posts

Türkiyədə naməlum obyekt göründü: aeroportun fəaliyyəti dayandırıldı

Peskov: Putin Zelenski ilə danışıqlara hazırdır

4 saatdan çox müzakirə etdilər: Tramp-Putin görüşünün vaxtı – Uşakov