Ana səhifə XəbərlərCəmiyyət Rəqəmsal Savadlılıq üzrə Beynəlxalq Sertifikasiya layihəsinin açılışı təntənə ilə keçirildi!

Rəqəmsal Savadlılıq üzrə Beynəlxalq Sertifikasiya layihəsinin açılışı təntənə ilə keçirildi!

admin

 

1 oktyabr 2024-cü il tarixində Yevlax şəhər 3 nömrəli tam orta məktəbində Təhsil və Elm Nazirliyinin dəstəyi ilə “Rəqəmsal Savadlılıq üzrə Beynəlxalq Sertifikasiya” layihəsinin açılış tədbiri keçirildi. Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsinin qalibi seçilmişdir.

Açılış mərasimində Yevlax şəhəri üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Təhsil Sektorunun əməkdaşları Sabir AlıyevMirtaleh İsmayılzadə, məktəbin direktoru Şəhla Nağıyeva, təlimçi Telli Kərimxanova, məktəbin pedaqoji və inzibati heyəti iştirak etdilər. Tədbir zamanı layihənin məqsədi və əhəmiyyəti barədə çıxışlar edildi.

Namidə Abbasova çıxışında rəqəmsal transformasiyanın təhsildə innovasiyaların tətbiqi üçün böyük potensiala malik olduğunu vurğuladı. Məktəbin direktoru Şəhla Nağıyeva isə layihənin pedaqoji heyətin bilik və bacarıqlarının artırılmasında önəmli bir addım olduğunu qeyd etdi. Təlimçi Telli Kərimxanova isə layihənin təlim və beynəlxalq sertifikasiya mərhələləri haqqında ətraflı məlumat verdi.

Layihənin məqsədi: Layihə çərçivəsində məktəbin pedaqoji heyətindən 30 nəfərin rəqəmsal bacarıqlarını artırmaq, beynəlxalq səviyyədə tanınan “ICDL – Kompüter və Onlayn Əsaslar” sertifikasiyasına hazırlıq keçmək və həmin sertifikatı almaq üçün imtahanda iştiraklarını təmin etmək nəzərdə tutulur. Layihə müasir təhsil standartlarına uyğun rəqəmsal savadlılığın artırılmasına və təhsil sahəsində yeni yanaşmaların tətbiqinə yönəlmişdir.

Layihə çərçivəsində görüləcək işlər:

  • “ICDL – Kompüter və Onlayn Əsaslar” təlim məzmununun Azərbaycan dilinə tərcüməsi;
  • 30 saatlıq təlim proqramının hazırlanması və icrası;
  • Müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığı;
  • Təlimdən keçən müəllimlərin imtahanda iştirakının təmin edilməsi.

Tədbirin əhəmiyyəti: Layihə çərçivəsində keçirilən fəaliyyətlər nəticəsində müəllimlərin rəqəmsal bilik və bacarıqları artırılacaq, bu isə onların tədris prosesində texnologiyalardan daha effektiv istifadə etməsinə imkan verəcək. Layihə təhsilalanların inkişafına da birbaşa təsir edərək onların rəqəmsal dünyaya daha yaxşı hazırlaşmasını təmin edəcək.

Tədbirin sonunda iştirakçılar layihənin əhəmiyyəti barədə fikir mübadiləsi apardılar və belə təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Layihənin növbəti mərhələləri və təlimlərin gedişatı ilə bağlı yenilikləri sosial media hesablarımızdan izləyə bilərsiniz!

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00