İranda zəlzələ oldu

İranın şimalındakı Mazandaran əyalətində 4,6 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 21:58-də (Bakı vaxtı ilə 22:28) təxminən 255 min əhalisi olan regionun paytaxtı Sari şəhərindən 15 kilometr məsafədə Xəzər dənizinin cənub sahilində qeydə alınıb.

Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Related posts

İrandan Azərbaycana HÜCUM BAŞLADI: ŞOK SÖZLƏR – son dəqiqə MESAJI

Xırdalanda kişi özünü yük maşınında asıb

Pezeşkian Əsədovu Azərbaycan dilində qarşıladı: “Allah salamat eləsin” – VİDEO