Ana səhifə XəbərlərHadisə Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

admin

Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.

Hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.

Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib.

İlkin araşdırmalardan sonra Y.Cəfərovun maşında özünü güllələyərək intihar etdiyi bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Qafqazinfo)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00