Ana səhifə XəbərlərHadisə Ölən 3 nəfər gəlinin bibiləri imiş – Toy təxirə salındı / FOTO

Ölən 3 nəfər gəlinin bibiləri imiş – Toy təxirə salındı / FOTO

admin

Bakının Qaradağ rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub.

Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis baş leytenantı bildirib ki, ağır yol-nəqliyyat hadisəsi saat 16:15-də Bakı-Qazax yolunun 17-ci kilometrliyində qeydə alınıb.

“Mersedes-Benz” markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb.

Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş üç nəfərin – 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər.

Onların gəlinin bibiləri olduğu bildirilib.

Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb.

Faktla bağlı araşdırma aparılır.

1515517_0.jpg (103 KB)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00