Sallivan: Zəifləmiş İran nüvə silahı hazırlaya bilər

ABŞ prezidenti Co Baydenin administrasiyası zəifləmiş İranın nüvə silahı yaratmaq qərarına gələ biləcəyindən narahatdır.

Bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü CNN telekanalına müsahibəsində deyib.

Sallivan “İsrailin raket fabrikləri və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla İran ərazilərinə son zərbələrinə” istinad edərək, Tehranın “konvensional imkanları”nın da azaldığını bildirib.

“İranda “ bəlkə biz indi nüvə silahı yaratmalıyıq?”… Biz nüvə doktrinamızı yenidən nəzərdən keçirməli ola bilərik”, kimi düşüncələr oyana bilər”-deyə ABŞ rəsmisi qeyd edib.

Ağ Ev rəsmisinin sözlərinə görə, indi İranın “nüvə silahı yaratmayacağıq” mövqeyinə yenidən baxacağı ilə bağlı “real risk” mövcuddur.

Related posts

Dünya iki yerə bölünür: 23 gündən sonra Moskvada baş verəcək hadisə…

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video

Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər – Zərərçəkmiş