Ana səhifə XəbərlərGüney Dizel yanacağı bahalaşdı – İranda

Dizel yanacağı bahalaşdı – İranda

admin

İranda dizel yanacağının qiyməti qalxıb.

Bu barədə Tehran sənaye şəhərciyinin icraçı direktoru Məhəmməd Hezavənejad bildirib.

Onun sözlərinə görə, bu ilin yayında azad satışda olan dizel yanacağının hər litri 12 min tümən (0, 48 manat) idisə, hazırda 17 min tümənə (0,68 manata) çatıb.

Başqa bir məlumata əsasən, İranın Hörmüzqan əyalətində ötən gün yanacaq daşıyan avtomobil hakimiyyətin güc strukturlarının əməkdaşları tərəfindən atəşə tutulub. Hadisə Minab şəhərində baş verib.

Qeyd edək ki, İranın bölgələrində işsiz insanlar ailələrini dolandırmaq üçün yanacaq qaçaqmalçılığı ilə də məşğul olurlar.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00