Qoşqar Sadıqov Cəlilabadda dəfn olundu

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.

Daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.

Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.

Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub. (Report)

Related posts

Xocalıda dəhşətli hadisə: 17 yaşlı oğlan yaralandı

Bakıda ağaclar qanunsuz kəsilib, təbiətə 30 min manatlıq ziyan dəyib

6 aprel imtahanlarının nəticələri – Ən yüksək balı o topladı