Təyyarəni Rusiya vurub – ABŞ TƏSDİQLƏDİ

ABŞ hakimiyyəti Azərbaycana məxsus “Embraer 190” təyyarəsinin Rusiya tərəfindən vurulduğunu bəyan edib.

Bu barədə AFP və CNN nəşrləri adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

“İlk əlamətlər Rusiyanın hava hücumundan müdafiə sisteminin Azərbaycan Hava Yollarına məxsus təyyarəni vurduğunu göstərir”, – açıqlamada qeyd olunub.

Bundan əvvəl “Caliber” nəşri, “Euronews” kanalı və “Reuters” agentliyi təyyarənin Rusiya tərəfindən vurulduğunu açıqlayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Related posts

“Ermənistan terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edir”- Video

Qum fırtınası: Bu ölkədə hava limanları bağlandı, minlərlə insan xəstəxanalıq oldu

Binədə marketləri qarət edənlər SAXLANILDI