Azərbaycana 20 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı

Azərbaycan ərazisinə 19 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabr ayında ümumi çəkisi 19 kiloqram 825 qram narkotik vasitə (19 kiloqram 800 qram marixuana, 25 qram tiryək) aşkar olunaraq götürülüb.

Related posts

Toyda döyülən şəxs xəstəxanada vəfat edib

Bu şəxslər yenidən həbs oluna bilər

Gəncə həbsxanasında məhkum öldü