443
Azərbaycan ərazisinə 19 kiloqramdan çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabr ayında ümumi çəkisi 19 kiloqram 825 qram narkotik vasitə (19 kiloqram 800 qram marixuana, 25 qram tiryək) aşkar olunaraq götürülüb.