Təyyarə qəzasında yaralananlara yeni şəxsiyyət vəsiqəsi veriləcək – FOTO

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar ASAN xidmət göstərilib.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.

“Yeni Klinika” tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

Related posts

Kondisionerlərdən yayılan ölümcül xəstəlik- DİQQƏT

Nazirliyin qərarı gözlənilməz oldu, necə başa düşək? – Tanınmış həkim

Baş nazir uşaqlarla bağlı qərar imzaladı