Türkiyə Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri saxlanıldı

Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Sabri Uzun saxlanılıb.

Bu barədə İstanbul Respublika Baş Prokurorluğundan açıqlama verilib.

Bildirilib ki, Sabri Uzun “X” hesabında etdiyi paylaşımda Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün Ankarada nəzarət altına alınıb.

Həmçinin, onun barəsində istintaq başladıldığı da qeyd edilib.

Related posts

Paşinyan Pezeşkianla nədən danışdı…

Polşa Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Numan Kurtulmuş yenidən TBMM sədri seçildi