Ana səhifə XəbərlərDünya Evinə Türk bayrağı ilə dönən suriyalı – FOTO

Evinə Türk bayrağı ilə dönən suriyalı – FOTO

admin

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyədəki suriyalılar öz ölkəsinə dönməyə başlayıb.

Ölkəsinə geri qayıdan suriyalılardan biri də 22 yaşlı Abdulkadir Alloughlazdır.

O, öz ölkəsinə Türkiyə bayrağı ilə qayıdıb.

Hələbdə yaşayan gənc Öncüpınar gömrük keçid məntəqəsindən Suriyaya qayıdıb.

“Türk xalqını çox sevirəm. 13 ildir bu bayraq altında yaşayıram. Qapılarını bizə açan yeganə ölkə Türkiyə olub, Türkiyəni heç vaxt unutmayacam. Suriyadakı evimin ortasında özümlə gətirdiyim bu bayrağı asacağam. Bu bayrağı öz namusumuz kimi görürük və hər zaman daşıyacağıq”, – o, TRT-yə açıqlamasında deyib.

 

1408779

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00