İlham Əliyev bu qurumlarda maaşları ARTIRDI – SƏRƏNCAM

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının artırılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı qurumların əməkdaşlarının maaşları  2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılır:

– Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

– Heydər Əliyev Mərkəzi;

– “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

– Azərbaycanda Atatürk Mərkəzi;

– Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

– Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

– Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;

– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

– Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;

– Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

– Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

– Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

– Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

– Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

– Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

– Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

– icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.

Nazirlər Kabinetinə  sərəncamda nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərinin təsdiq edilməsi tapşırılıb.

Related posts

İrandan Azərbaycana HÜCUM BAŞLADI: ŞOK SÖZLƏR – son dəqiqə MESAJI

Prezident “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq etdi

İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı Sazişi təsdiq etdi