Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib

Azərbaycan Kinematoqrafçılar İttifaqı “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsinə qəbul elan edib.

İttifaqdan  bildirilib ki, layihənin əsas məqsədi gənc kinematoqrafçıların kino dünyasında çox əhəmiyyətli olan ingilis dili biliyinin təkmilləşdirilməsidir.

Üç ay davam edəcək kurslarda iştirak pulsuzdur. Dərslər həftədə 2 dəfə olmaqla, axşam saatlarında keçiriləcək. İngilis dili kursuna qatılmaq istəyən şəxslər məlumatlarını PDF formatda bir səhifədən çox olmamaqla, yazılı portfolionu info@aki.az elektron ünvanına “AKİ-nin ingilis dili dərsi kursu” başlığı ilə göndərməlidirlər.

Müraciətlər yanvarın 25-dək qəbul olunur.

Layihədə iştirak ödənişsizdir.

Related posts

Ana dilimizə qarşı olan ilk xalq yazıçımız – Şirvan oğlunun himayədarları

Bu gün Dünya İncəsənət Günüdür

Deputatın “Cahangiri qaytarın” çağırışına tanınmışlardan – reaksiya