769
Mediada Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən çoxsaylı əməkdaşın işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə İdarədən məlumat verilib.
Bildirilib ki, 2025-ci ildən etibarən Regional təhsil idarəsinin strukturunda müvafiq dəyişiklik edilib.
“Bununla əlaqədar olaraq, Metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.
Eyni zamanda metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib”, – açıqlamada qeyd olunub.
Qeyd edək ki, ümumilikdə 48 əməkdaşın 46-nın işlə təminatı prosesi artıq həyata keçirilib.