“Əqrəb mövsümü 2” bu tarixdə yayımlanacaq

“Əqrəb mövsümü” serialının “İki dünya bir olsa da” adlı ikinci mövsümünün yayım tarixi məlum olub.

Ekran işi 8 fevraldan etibarən hər şənbə günü İTV kanalında nümayiş olunacaq.

Real hadisələr əsasında lentə alınan serialın davamı 12 seriyadan ibarətdir.

Emil Quliyevin rejissorluğunu etdiyi layihədə baş rolları Azər Aydəmir, Arif Mövsümov, Rövşən Məmmədli, Emin Mirabdullayev, Xacər Ağayeva, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov və başqaları canlandırıb.

Related posts

Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb – FOTO

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert keçiriləcək

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək