Putinlə çox yaxın zamanda görüşmək istəyirəm – Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna böhranını həll etmək üçün Rusiya lideri Vladimir Putinlə çox yaxın zamanda görüşmək istədiyini bildirib.

Tramp Newsmax-a açıqlamasında Rusiya prezidenti ilə görüşün dəqiq tarixlərini açıqlamayıb.

“Mən bilirəm ki, o da görüşmək istəyir və mən çox yaxında onunla görüşəcəm”, – Tramp vurğulayıb.

Amerikalı siyasətçinin də qeyd etdiyi kimi, görüşü sürətləndirmək və Ukrayna münaqişəsini həll etmək istəyi döyüş meydanında böyük itkilərlə bağlıdır. Trampın sözlərinə görə, vəziyyət Rusiya tərəfi üçün çox yaxşı getməyib.

Related posts

İrandan Azərbaycana HÜCUM BAŞLADI: ŞOK SÖZLƏR – son dəqiqə MESAJI

Prezident “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq etdi

İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı Sazişi təsdiq etdi