320 mindən çox insan ÖLƏCƏK: Tarix verildi – ŞOK XƏBƏRDARLIQ

Yaponiyanın Honsyu adasının cənub-şərqində yerləşən Nankay qırağında güclü zəlzələnin baş vermə riski artıb.

Seysmik aktivliyin tədqiqi üzrə komissiyanın hesabatına əsasən, yaxın 30 il ərzində 8-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı 80% təşkil edir.

Proqnozlara görə, belə bir fəlakət zamanı 323 min insanın həyatını itirmə riski var.

Analitiklər bu ehtimalın növbəti 40 il ərzində 90%-ə, 50 il ərzində isə daha da yüksək göstəricilərə çatacağını bildiriblər. Xatırladaq ki, Nankay qırağında ən son böyük zəlzələ 21 dekabr 1946-cı ildə qeydə alınmışdı və bu, 8 bal gücündə olmuşdu. NHK telekanalı xəbər verir ki, Yaponiya hökuməti mümkün təhlükələrə qarşı tədbirlər görməyi planlaşdırır.

Related posts

Paşinyan Pezeşkianla nədən danışdı…

Toyda döyülən şəxs xəstəxanada vəfat edib

Bu şəxslər yenidən həbs oluna bilər