Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və HAMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yayıb.

Bu barədə Azərbaycan XİN “X” hesabında məlumat yayıb.

“Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır.

Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əzablara son qoyulacaq.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək”.

Related posts

Bu ideya Cənubi Qafqazın yeganə reseptidir – Mövqe

İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək

Baş nazir uşaqlarla bağlı qərar imzaladı