İranda hərbi təyyarə qəzaya uğrayıb

İranda Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə İranın “YJC” xəbər agentliyi məlumat yayıb.

Qəzanın Həmədan əyalətinin şimalında Kabudrahang rayonunda baş verdiyi bildirilir.

Təyyarənin iki pilotu xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbi məlum deyil.

Related posts

Anasını döyən oğula cəza verildi

Bakıda aeroportda FACİƏ: ÖLƏN VAR

Türkiyədə güclü zəlzələ – 14 yaşlı qız ölüb