Suriyadan Rusiyaya qarşı addım- Bu razılaşma ləğv edildi

Suriyanın yeni hakimiyyəti Rusiya şirkəti ilə Aralıq dənizində yerləşən Tərtus limanının idarə olunmasına dair investisiya razılaşmasını ləğv edib.

Bu barədə Tərtus Gömrük İdarəsinin direktoru Cudi məlumat verib.

Cudi bildirib ki, limanın idarə olunmasından əldə edilən bütün gəlirlər bundan sonra Suriyanın dövlət büdcəsinə yönəldiləcək və limanın işçiləri yenidən yerli idarəetməyə tabe olacaq. Onun sözlərinə görə, Suriyanın yeni rəhbərliyi limandakı köhnəlmiş avadanlıqların bərpası ilə də məşğul olacaq. O qeyd edib ki, həmin avadanlıqlar müqavilədə nəzərdə tutulmuş yenilənmə tədbirləri həyata keçirilmədən Rusiya şirkəti tərəfindən istifadə olunurdu.

Bu qərar Suriyanın iqtisadi müstəqilliyini bərpa etməklə yanaşı, ölkənin strateji əhəmiyyətli limanlarına nəzarəti tam şəkildə öz üzərinə götürmək cəhdinin bir hissəsi kimi qiymətləndirilir.

Analitiklər isə bu addımın Rusiya ilə Suriyanın münasibətlərinə təsir edəcəyini istisna etmirlər.

Related posts

İrandan Azərbaycana HÜCUM BAŞLADI: ŞOK SÖZLƏR – son dəqiqə MESAJI

Prezident “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq etdi

İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı Sazişi təsdiq etdi