Ana səhifə XəbərlərDünya Pezeşkian Ərdoğana başsağlığı verib

Pezeşkian Ərdoğana başsağlığı verib

admin
İran prezidenti Məsud Pezeşkian Bolu Kartalkaya xizək kurortundakı oteldə baş verən yanğında həyatını itirənlərə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Pezeşkinın Ərdoğana başsağlığı mesajında ​​bu ifadələr yer alıb:

“Boluda bir oteldə baş verən və onlarla vətəndaşın və ziyarətçinin ölümünə və yaralanmasına səbəb olan yanğınla bağlı kədər hissi ilə xəbər tutdum. Zati-alilərinə, həyatını itirənlərin ailələrinə, dost və qardaş türk xalqına başsağlığı verirəm. Bu ağrılı hadisədə həyatını itirənlərin ruhuna Allahdan rəhmət, ailələrinə səbr, yaralananlara isə şəfa diləyirəm”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00