32 yaşlı qazinin meyiti dağdan TAPILDI

32 yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə, məşhur Şamil yaylağında ölü tapılıb.

Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub.

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən H. Məmmədovun meyitinin yüksək dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır. H. Məmmədovun hansı şəraitdə ölməsi məlum deyil.

Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.

Related posts

Anasını döyən oğula cəza verildi

Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

I qrup üzrə yüksək keçid balı olan ixtisaslar açıqlandı – SİYAHI