Tbilisidə ictimai nəqliyyat pulsuz olacaq

Şübhəli kiberhücum səbəbindən Tbilisinin ictimai nəqliyyatında sərnişin ödəniş sistemi müvəqqəti olaraq dayandırılacaq.

Bununla əlaqədar Tbilisi şəhər meriyası bəyanat yayıb.

“Problemin aradan qaldırılması üçün aidiyyəti şirkətlərin nümayəndələri operativ şəkildə işə başlayıb. Nasazlıq aradan qaldırıldıqdan sonra qurğular işə salınacaq. Bu müddət ərzində nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək”, – deyə bəyanatda deyilir.

Qeyd edək ki, Tbilisidə ictimai nəqliyyatda ödəniş aparatları vasitəsilə Gürcüstan və Avropa İttifaqının himnləri, həmçinin siyasətçilərin müxtəlif məzmunlu səsli mesajları yayımlanır. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

Related posts

Polşa Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər

Numan Kurtulmuş yenidən TBMM sədri seçildi

Suriya tarixində 60 ildən sonra ilk