Azərbaycanda hərbçilərin maaşları ARTIRILDI – FƏRMAN

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Related posts

Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

I qrup üzrə yüksək keçid balı olan ixtisaslar açıqlandı – SİYAHI

Bəyin anası kasıb olduğuna görə gəlinə hücum çəkdi – FOTO