Əlcəzair telekanalında Azərbaycan haqqında növbəti sənədli film nümayiş etdirilib

Əlcəzairin məşhur “Elwatania TV” televiziya kanalında əlcəzairli jurnalist Runəq Xənfərin təqdimatında Azərbaycan haqqında növbəti sənədli film nümayiş etdirilib.

Azərbaycanın Əlcəzairdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, sənədli filmdə ölkəmizin tarixi abidələri, mədəniyyəti, füsunkar təbiəti və zəngin mətbəxi nümayiş olunub. Burada, həmçinin Azərbaycanın turizm imkanlarından, mətbəxindən, təbiətindən, milli musiqisindən, xalçaçılıq sənətindən və zəngin memarlığından bəhs edilir.

Ekran əsərində İçərişəhər, Dənizkənarı Milli Park, ölkəmizin memarlıq abidələri əlcəzairli jurnalist tərəfindən tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, iki hissədən ibarət filmin birinci hissəsi artıq yayımlanıb. Bu, cari ilin yanvarında Əlcəzair telekanallarında Azərbaycan haqqında nümayiş etdirilən üçüncü filmdir.

Related posts

Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb – FOTO

Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert keçiriləcək

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək