İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Related posts

Nazirlər Kabinetinin iki qərarı ləğv edildi

Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı

İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib