223
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən partlayışın bəzi təfərrüatları üzə çıxıb.
İlkin araşdırmalarla F1 markalı qəlpəli əl qumbarasının 42 yaşlı Bəhruz Quliyevin əlində partladığı məlum olub.
Nəticədə B. Quliyevlə yanaşı, atası – ev sahibi Şamil Məmmədov, qızı Fatimə Quliyeva, eləcə də bacısı oğlanları Məmmədli Məhəmməd və Məmmədli Murad həlak olublar.
Qeyd edək ki, hadisə bu gün saat 11:30 radələrində baş verib. Partlayış nəticəsində xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.