Yunanıstan ikinci turda da prezident seçə bilmədi

Yunanıstan parlamenti səsvermənin ikinci turunda yeni prezidenti seçə bilməyib.

Mühafizəkar hökumətin namizədi Konstantinos Tasulas 200 səs baryerinə çata bilməyib.

Seçki prosesi fevralın 6-da keçiriləcək üçüncü turla davam edəcək. Bu turda prezident seçilmək üçün 180 səs lazım olacaq.

Namizədlərdən heç biri bu rəqəmə çatmasa, seçilmək üçün lazım olan səslərin sayını 151-ə endirməklə, son tur fevralın 11-də keçiriləcək. Tasulasın yeni Demokratiya Partiyasının 300 yerlik parlamentdə 156 yer qazanması sayəsində son turda seçiləcəyi gözlənilir.

Related posts

Bu Avropa şəhərinə giriş sabahdan pullu olacaq

Trampdan şok addım: İsrailin İrana zərbəsinə imkan vermədi

Çin bir qərarı ilə ABŞ-ni iflic vəziyyətə saldı